Azərbaycan futbolu

“Neftçi” qəzaya düşdü

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

Aut.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş verib.

Klubun yaydığı məlumata görə, qəza qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyyatsızlığı səbəbindən baş verib. Hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 5-i, saat 16:00-da Qəbələdə şəhərin eyniadlı komandasının qonağı olacaq.