Azərbaycan futbolu

Füzuli Məmmədov “Şahdağ Qusar”da – RƏSMİ

“Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.

Aut.az xəbər verir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Fizuli Məmmədovla razılığa gəlib.

Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Fizuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar