Bu sözə görə məşqçiyə hücum etdi, ayrıldı
“Monpelye”nin müdafiəçisi Mamadu Sako komandanın baş məşqçisi Mişel Ter-Zakaryan ilə münaqişədən sonra klubu tərk etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, futbolçunun ona “ağlayan uşaq” deyən mütəxəssisə paltardəyişmə otağında hücum etdiyi barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, Sako Ter-Zakaryanın yaxasından tutub itələyib.
“İnsanların sənə artıq hörmət etmədiyi bir vaxtda masanı tərk etməyi bacarmalısan. Keçən həftə baş verən və günahkar olmadığım hadisəyə görə “Monpelye” ilə əlaqəmi dayandırmaq qərarına gəldim. Bu komandada iki il keçirdim, burada məmnuniyyətlə vaxt keçirdim və təcrübəmi bölüşdüm.
Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Klubda olduğum müddətdə mənə münasibətinə görə idman direktoruna xüsusi təşəkkür edirəm. Kişi kimi tanış olduq, kişi kimi ayrıldıq”, – Sako sosial şəbəkədə yazıb.
Sako “Monpelye”yə 2021-ci ilin yayında “Kristal Pelas”dan keçib. Bu mövsüm fransalı bir matçda iştirak edib.
Aut.az
