“Qarabağ”ın rəqibi dayanmır: 50-ni keçdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” daha bir uğur qazanıb
Aut.az xəbər verir ki, Leverkuzen təmsilçisi Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komandadır. Xabi Alonsonun rəhbərlik etdiyi komanda son olaraq ölkə kubokunun 1/16 finalında “Zandhauzen”i 5:2 hesabı ilə məğlub edib. Bununla “Bayer” mövsüm ərzində keçirdiyi 14 oyunda 51 qola imza atıb.
Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edib. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.
