Azərbaycan futbolu

Azərbaycan Kubokunda püşk vaxtı

Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.

Aut.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.

34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.

Mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.

Budəfəki kubok yarışında Azərbaycan Premyer Liqası, 1 və 2-ci liqanın təmsilçiləri mübarizə aparacaq.