Digər

ARPACAHY OPEN beynəlxalq karate turnirinə hazırlıqlar davam edir

Bu yaxınlarda “İlin ən yaxşı idman klubu” nominasiyası üzrə qalib olan “Arpaçay” Karate Klubu 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi ARPACAHY OPEN beynəlxalq karate turnirinin sayca 9-cusunu təşkil etməyə hazırlaşır. Hazırlıq tədbirləri çərivəsində bu gün “Arpaçay” Karate Klubunun prezidenti, Əməkdar fəxri məşqçi Yavər Hüseynov və “Baku City Residences” şirkətinin icraçı direktoru Ramil Məhərrəmovun görüşü olub.

Görüş zamanı 2024-cü ilin 20–21 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 9-cu ARPACAHY OPEN beynəlxalq karate turnirinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb və əməkdaşlıq barədə razılıq əldə olunub.

Görüşdə “Arpaçay” Karate Klubunun rəhbəri Y.Hüseynov və “Baku City Residences” şirkətinin rəhbəri R.Məhərrəmovla yanaşı, şirkət təmsilçiləri də iştirak ediblər.
ARPACAHY OPEN beynəlxalq karate turnirinə hazırlıqlar davam edir

ARPACAHY OPEN beynəlxalq karate turnirinə hazırlıqlar davam edir

ARPACAHY OPEN beynəlxalq karate turnirinə hazırlıqlar davam edir