Ənvər çar çəkdi: Üzr istəməmişəm, əvvəlki mövqeyimdəyəm
“Maynts”ın niderlandlı yarımmüdafiəçisi Ənvər Əl-Qazi əvvəlki açıqlamasına görə üzr istəmədiyini və yenidən Fələstinə dəstək verdiyini bildirib.
“Şübhənin qarşısını almaq üçün bildirim ki, 27 oktyabr 2023-cü il tarixli bəyanatım qüvvədədir.
Mənə aid edilən hər hansı digər ifadələr, şərhlər və ya üzr istəmələr həqiqətə uyğun deyil və mənim tərəfimdən edilməmiş və ya icazə verilməmişdir.
Mənim mövqeyim hər şey başlayanda olduğu kimi qalır:
– Müharibə və zorakılığın əleyhinəyəm;
– Mən bütün günahsız dinc insanların öldürülməsinin əleyhinəyəm;
– Mən ayrı-seçkiliyin bütün formalarının əleyhinəyəm;
– İslamofobiyanın əleyhinəyəm;
– Mən antisemitizmin əleyhinəyəm;
– Mən soyqırımın əleyhinəyəm;
– Mən aparteidin əleyhinəyəm;
– İşğalın əleyhinəyəm;
– Mən zülmün əleyhinəyəm.
Vəziyyətimə görə peşman deyiləm. Mən dediklərimdən uzaqlaşmıram və hər zaman insanlıq, məzlumlar üçün son nəfəsimə qədər dayanacam.
Mənim heç bir dövlət qarşısında xüsusi məsuliyyətim yoxdur. Mən inanmıram ki, heç bir xalq və ya dövlət məsuliyyətdən azad olsun və beynəlxalq hüquqdan üstün olsun.
Mənim ədalətin tərəfində möhkəm dayanmaqdan və həqiqətə şəhadət verməkdən başqa çarəm yoxdur və mənim, valideynlərimin, qohumlarımın və soydaşlarımın əleyhinə olsa belə, bunu edərdim.
Son üç həftə ərzində Qəzzada 3500-dən çox uşağın öldürülməsinə heç vaxt haqq qazandırmaq olmaz. “Save the Children” xeyriyyə təşkilatına görə Qəzzada hər 10 dəqiqədə bir uşaq öldüyü halda, biz və bütün dünya necə səssiz qala bilərik? Mən bir futbol oyununu bitirəndə doqquz uşaq öldü. Bu rəqəm hər gün artır.
Mən və biz bir dünya olaraq, şüurlu olaraq səssiz qala bilmərik.
Qəzzadakı qətllərə dərhal son qoymağa çağırmalıyıq!” – Əl-Qazi sosial şəbəkədə yazıb.
Aut.az
