Yoxa çıxıb, telefona cavab verməyib
“İnter”in idman direktoru Piero Ausilio belçikalı hücumçu Romelu Lukakunun 2023-cü ilin yayındakı “transfer dastanı” haqda danışıb.
“Romelu Lukaku? Danışıqlar dalana dirənə bilər, amma həmişə hörmət olmalıdır. Kimsə yoxa çıxsa və telefona belə cavab verməsə… Bu, yolverilməzdir. “Çelsi” ilə danışıqlar iyulun 8-də, Lukaku ilə əlaqə saxlamaq üçün bir neçə günlük cəhdlərimizdən sonra pozuldu”, – Piero bildirib.
Nəticədə, 2023-cü ilin yayında 30 yaşlı Romelu Lukaku “Roma”ya keçib. O, cari mövsümdə 11 oyun keçirib, 8 qol vurub.
Aut.az
