İtaliya

Son 3 ayda ikinci dəfə qəzaya düşdü: Çırpa-çırpa gedir

“Milan”ın sabiq futbolçusu, hazırda “”Empoli”də oynayan Mbaye Nianq avtomobil qəzasına düşüb.

Aut.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, bu, onun son üç ayda ikinci yol qəzasıdır.

Fevralın 20-də Nianq dini görüşdən qayıdarkən səhər saatlarında “Mercedes SUV” avtomobilini park edilmiş bir neçə avtomobilin üzərinə sürüb. 29 yaşlı futbolçu xəstəxanaya çatdırılıb. O, 4 gün sonra “Sassuolo” ilə matçda qol vurub.

Mayın 6-da yerli vaxtla təxminən 19:30-da Nianq Empolinin mərkəzində park edilmiş iki avtomobilə çırpılıb, digər avtomobilə və mikroavtobusa ziyan dəyib. Qəza nəticəsində xəsarət alan olmayıb, hadisə yerinə təcili yardım çağırmağa ehtiyac olmayıb.

Aut.az