Türkiyə

“Fənər”dən unikal göstərici: Avropada tayı-bərabəri yoxdur

“Fənərbağça” 2023/2024 mövsümündə iştirak etdiyi 19 rəsmi oyunun hamısında qalib gəlib. Bu qələbələrdən 11-i quru hesabla olub.

Aut.az xəbər verir ki, Avropanın ən yaxşı 10 liqasında heç bir komanda bu mövsüm bütün yarışlarda belə nəticə göstərə bilməyib.

Bu görüşlərdə Türkiyə klubu 58 qol vurub, 10-nu buraxıb. Türkiyə çempionatında 0 matçdan sonra 30 xalla  təkbaşına liderdir. Bu komandanın ən yaxın izləyicisi 28 xala malik İstanbul “Qalatasaray”ıdır.

İstanbul komandası Konfrans Liqasının H qrupunda birinci yerdədir. İsmayıl Kartalın yetirmələri üç oyunda doqquz xal toplayıb.

Aut.az