Türkiyə

“Trabzonspor” xal itirdi

Türkiyə Super Liqasında X turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçirilib.

Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun forma geyindiyi “Hatayspor” “Kayserispor”u qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşmasında isə “Kasımpaşa” “İstanbulspor”u məğlub edib. “Qalatasaray” turu qələbə ilə başa vurub.

“Fənərbağça” “Pendikspor”u darmadağın edib.

Türkiyə Super Liqası
X tur
27 oktyabr

Hatayspor – Kayserispor 1:2 
Qollar: Renat Dadaşov, 69 (pen) – B.Berakoğlu, 33 (avtoqol), A.Morte

Kasımpaşa – İstanbulspor 3:1
Qollar: M.Fall, 32, A.Kare, 56, J.Nqoy, 72 – E.Gültəkin 76

28 oktyabr
Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66,  – R.Kvent, 90+3, R.Manaj, 90+7

Adana Demirspor – Konyaspor 3:0
Qollar: M.Nianq, 54, 90+3, M.Balatelli, 81,

Rizespor – Qalatasaray 0:1
Qol: S.Oliviera, 68

29 oktyabr
Karagümrük – Trabzonspor 0:0

Pendikspor – Fənərbağça 0:5
Qollar: E.Campolat, 30 (avtoqol), İrfan Can Kahveci, 42, E.Ceko, 65, 77, 87

Antalyaspor – Başakşəhər 1:0
Qol: D.Sariç

Ankaragücü – Samsunspor 2:0
Qollar: E.Bekiroğlu, 71, A.Sove 75

30 oktyabr
21:00 Beşiktaş – Qaziantep