Dünya futbolu

“Qızıl top”u ona verməmək məntiqsizlik olardı – Azar

“Real””, “Çelsi” və Belçika millisinin keçmiş vingeri Eden Azar hesab edir ki, “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında səkkizinci “Qızıl top”u qazanmağa layiqdir.

Şayiələrə görə, təşkilatçılar artıq Messiyə onun nüfuzlu fərdi mükafatın qalibi olacağı barədə məlumat veriblər.

“Dünya Kubokunu qazandığı ildə tarixin ən yaxşı oyunçusuna “Qızıl top”u verməmək məntiqsiz olardı”, – GFFN Azardan sitat gətirib.

Aut.az