Avropa Liqası

“Bayer”-“Qarabağ” oyunu 6-cı oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Aut.az xəbər verir ki, Almaniyada yerli “Bayer” və “Qarabağ” arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.

“Bay Arena”dakı görüşdə 29039 tamaşaçı olub.

Ən çox azarkeş isə “Marsel” (Fransa) – AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.

“Qarabağ” səfərdə rəqibinə 1:5 hesabı ilə uduzub.