Dünya futbolu

İnfantinoya qarşı iş bağlandı: bu insanların ləyaqəti qalıbsa…

İsveçrə prokurorluğu Canni İnfantinoya qarşı məhkəmə prosesini dayandırıb.

Aut.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

FİFA prezidenti ilə bağlı istintaq 2020-ci ilin yayından davam edir. Funksioner o vaxt İsveçrənin federal prokuroru vəzifəsində işləyən Maykl Lauberlə görüşləri səbəbindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmək, rəsmi sirləri pozmaq və cinayət təqibinə mane olmaqda ittiham olunub.

“Bu, mənim üçün, yeni FİFA və ədalət üçün tam və aydın qələbədir! İndi bəlli olur ki, mənə qarşı irəli sürülən ittihamlar yazıq, paxıl və korrupsionerlərin nüfuzuma xələl gətirmək cəhdlərindən başqa bir şey deyilmiş. Əgər bu insanların ləyaqəti qalıbsa, heç olmasa bir qədər ədəb-ərkan göstərib, etdiklərinə, vurduqları zərərə görə üzr istəməlidirlər. Həqiqətən də, istintaq tam və birmənalı şəkildə təsdiq edir ki, mən həmişə qanuni və düzgün hərəkət etmişəm, həmişə yalnız FİFA və futbolun maraqlarını müdafiə etmişəm”, – FİFA-nın mətbuat xidməti İnfantinodan sitat gətirib.

Aut.az