MY tarixinin ən yaxşıları – Ronaldo 11-cidir
“Mançester Yunayted” tarixinin ən yaxşı futbolçularının reytinqi tərtib edilib.
Aut.az xəbər verir ki, reytinqi “FourFourTwo” portalı tərtib edib.
Birinci yeri 1956-1973-cü illərdə klubda çıxış edən Bobbi Çarlton tutub. “Qızıl top”un sahibi 21 oktyabr 2023-cü ildə 86 yaşında vəfat etdi.
Həmçinin ilk iyirmilikdə Corc Best, Brayan Robson, Erik Kantona, Denis Lou, Ueyn Runi, Rayan Giqqz, Dunkan Edvards, Peter Şmeyxel, Pol Skoulz, Kriştiano Ronaldo, Roy Kin, Rio Ferdinand, Devid Bekhem, Qari Nevil, Rocer Bern, Tommi Teylor, Denis İrvin, Bill Foulks və Ruud van Nistelroy yer alıb.
Aut.az
