Dəhşətli qəza: Məşhur futbolçu ölümdən döndü – FOTO
“Liverpul”un müdafiəçisi Trent Alexander-Arnold ölümdən dönüb.
Aut.az xəbər verir ki, 110 km/saat sürətlə əsən külək nəticəsində nəhəng elektrik dirəyinin aşması futbolçunu ölümlə üz-üzə qoyub.
Oktyabrın 20-də səhər saatlarında ingilis futbolçunun 90 min funt-sterlinq dəyərində olan “Range Rover” avtomobilinin düz qarşısındakı “BMW X5” markalı avtomobilin üzərinə çəkisi təxminən yarım ton olan yüksək gərginlikli elektrik xətti düşüb.
25 yaşlı Aleksandr-Arnold əyləci basıb, nəticədə avtomobil yoldan çıxaraq “BMW X5”-ə çırpılıb. “Liverpul”un ulduzu daha sonra maşından düşüb və digər sürücü ilə danışıb. Hər ikisi İngiltərənin Çeşir qraflığının Knutsford şəhəri yaxınlığında baş verən qəzada möcüzəvi şəkildə sağ-salamat xilas olub.
Aut.az



