Azarkeşlər Orxan Məmmədova etiraz etdilər, o isə… – FOTO
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Araz Naxçıvan” oyununda kiçik insident yaşanıb.
Aut.az xəbər verir ki, oyunun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Afrikonun vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb. Bu, yerli azarkeşlərin xoşuna gəlməyib.
Bir neçə fanat qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədova kəskin şəkildə etiraz ediblər. Sabiq referi azarkeşlərin etirazına məhəl qoymayıb.


Aut.az
