Azərbaycan futboluTürkiyə

Şahruddin “Adana Demirspor”da ilk məşqinə çıxdı

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev yeni klubu olan “Adana Demirspor”un düşərgəsinə qoşulub.

Aut.az xəbər verir ki, 29 yaşlı qolkiper Super Liqa təmsilçisinin bu gün baş tutan məşqində iştirak edib. Bu barədə “mavi şimşəklər”in mətbuat xidməti paylaşım edib.

Qeyd edək ki, “Adana Demirspor” Şahruddin Məhəmmədəliyevi “Qarabağ”dan transfer edib. Təcrübəli “əlcək sahibi” Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.Şahruddin "Adana Demirspor"da ilk məşqinə çıxdı