Mərhum ulduzun oğlu “Real”la anlaşdı
“Arsenal”ın və “Real”ın mərhum ulduzu Anbtonio Reyesin oğlu Xose Reyes Lopez ilk peşəkar müqaviləsini imzalayıb.
Aut.az xəbər verir ki, Reyes “Real”la anlaşıb. 16 yaşlı hücumçu 2019-cu ilin yayında “Leqanes” akademiyasından “Real”a keçmişdi.
Xose Antonio Reyes 2007-ci ildə “Real”ın La Liqada qalib gəlməsinə böyük töhfə verib. O, 2019-cu ilin iyununda 35 yaşında avtomobil qəzasında faciəvi şəkildə ölüb.
Aut.az
