Almaniya

Ənvərlə müqaviləyə xitam verildi – Fələstinə görə

“Maynts” klubu Mərakeş əsilli hollandiyalı yarımmüdafiəçi Ənvər Əl Qazinin Fələstinə dəstək yazısına cavab olaraq onunla əməkdaşlığı dayandırıb .

Aut.az xəbər verir ki, rəsmi açıqlamaya görə, müqaviləyə xitam verilməzdən əvvəl klub rəhbərliyi ilə futbolçu arasında ətraflı söhbət olub. Əl-Qazinin Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyi “Maynts” üçün qəbuledilməz sayılıb.

Xatırladaq ki, “Maynts” sentyabrın 22-də azad agent kimi Ənvər Əl Qazi ilə müqavilə imzalamışdı. Alman klubunda yarımmüdafiəçi üç oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az