Azərbaycan futboluAvropa Çempionatı

Toralı görəndə dua edib ki…

Avstriya millisinin yarımmüdafiəçisi Nikolas Zayvald Avro-2024-ün seçmə mərhələsində dünən Azərbaycana qarşı keçirilən matçda Toral Bayramovun son dəqiqədə əldən verdiyi yüzfaizli qol epizodunu şərh edib.

Aut.az xəbər verir ki, o, həmin epizodda bəxtlərinin gətirdiyini deyib:

“Həmin epizodda bəxtimiz gətirdi. Onun qapının önündə tək dayandığını görəndə, sadəcə dua etməyə başladım ki, qol olmasın. Zərbədən sonra top dirəyə dəyəndə çox rahatlaşdım. Həmin epizodda bəxtimiz gətirdi, amma biz qələbəyə layiq idik”.

Qeyd edək ki, 1:0 hesabı ilə qələbə qazanan Avstriya Avro-2024-ə vəsiqə qazanıb.