Nara təzə “eşq”ə düşüb, bu dəfə… – FOTO
Vanda Nara karyerasında yeni bir səhifə açmağa hazırdır. O, bu dəfə müğənni olmaq eşqinə düşüb.
“Qalatasaray”ın hücumçusu Mauro İkardinin 36 yaşlı həyat yoldaşı əvvəllər model, futbol agenti, ən son isə teleaparıcı kimi fəaliyyət göstərib. O, “Masterchef”in Argentina versiyasının layihə rəhbəri də olub. İndi isə diqqətini musiqiyə yönəldib.

“Big Bang News”un məlumatına görə, Vanda bu yaxınlarda yeni musiqi layihəsiylə bağlı araşdırma aparmaq üçün vətəninə – Argentinaya səfər edib. O, yerli müğənni L-Gante ilə növbəti əməkdaşlığı müzakirə edəcək.
Bu ilin əvvəlində Naranın 23 yaşlı müğənni ilə münasibətdə olduğu barədə informasiyalar yayılmışdı. Argentinalı model bunu inkar etmişdi.

Mauro isə yoldaşı Vanda ilə İstanbulda həyatdan həzz alır. Bunun sayəsində İkardi cari mövsüm “Qalatasaray”ın heyətində 14 oyunda 12 qol vurub, o cümlədən Çempionlar Liqasının “Mançester Yunayted”lə matçında komandasına qələbə qazandırıb. (Publika.az)


