Digər

40 yaşlı qadın idmançıdan unikal nəticə

Kanadalı fiqurlu konkisürən Dinna Stellato-Dudek Monreal şəhərində keçirilən dünya çempionatında sərbəst konkisürmədə qazandığı qələbə ilə unikal nailiyyətə imza atıb.

Aut.az xəbər verir ki, 40 yaşlı idmançı bütün növlər üzrə qadınlar arasında dünya çempionatının ən yaşlı qalibi olub.

Stellato-Dudek Maksim Deşampla birlikdə idman cütlüklərinin proqramında çıxış edib. Kanadalılar 221,56 nəticə göstəriblər.

Stellato-Dudek karyerası ərzində heç vaxt dünya çempionatında medal qazanmamışdı.

Aut.az