Deyir ki, ona tüpürəni tanımır, amma şəkil çəkdiriblər – FOTO
Lionel Messi Paraqvay millisinin futbolçusunun onun kürəyinə tüpürməsinə reaksiya verib.
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Paraqvay yığmasını məğlub edib (1:0).
Aut.az xəbər verir ki, Lionel 53-cü dəqiqədə meydana daxil olub. İkinci hissədə 70-ci dəqiqədə meydana çıxan ” Torino” nun forvardı Antonio Sanabria ilə toqquşmadan sonra futbolçular bir-birlərinə yüksək tonda irad tutublar.
Leo üz çevirib gedəndə, Sanabria onun kürəyinə tüpürüb.
“Mən bunu görmədim. Paltardəyişmə otağında mənə dedilər ki, onların oyunçularından biri mənə tərəf tüpürüb. Onun kim olduğunu da bilmirəm.
Mən buna önəm vermək istəmirəm, çünki o zaman hər yerdə bu haqda danışacaqlar. Hər şeyi burada buraxmaq daha yaxşıdır”, – Messi oyundan sonra deyib.
Qeyd edək ki, Sanabria Messinin karyerasının böyük hissəsini keçirdiyi “Barselona”nın yetirməsidir. Paraqvaylı 2009-2013-cü illərdə klubun sistemində olub. Onun Leo ilə fotosu da var.

Aut.az
