Futzal

UEFA Ermənistanı cəzalandırdı

UEFA futzal üzrə Ermənistan milli komandasını cəzalandırıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Buna DÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə ev matçında Ermənistan yığmasının heyətində ölkə vətəndaşı olmayan braziliyalı legionerlərin meydana çıxması səbəb olub. Məsələni araşdıran UEFA Ermənistan seçməsinə 0:5 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, sözügedən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.