Planı hazırdı – 7 futbolçu ilə…
“Yuventus” qış transfer pəncərəsi üçün planları məlum olub.
Aut.az xəbər verir ki, “qoca sinyora” 7 futbolçu ilə maraqlanır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Klubun əsas hədəfi “Tottenhem”in yarımmüdafiəçisi.Pierr-Emil Hojbjerqdir. “Ağ-qaralar” danimarkalı yarımmüdafiəçini Pol Poqbanın mümkün əvəzləyicisi kimi görür.
“Byankonerilər”in həmin mövqeyə başqa altertnativləri də var. Turinlilər “Udineze”dən Lazar Samardziç və “Monako”dan Yussufu Fofana ilə maraqlanır.
Bundan əlavə, “Yuve” hücum xəttini də gücləndirmək istəyir. Siyahıya Domeniko Berardi (“Sassuolo”), Kuadio Kone (“Borussiya Münhenqladbax”), Mohamadou Diarra (“Strasburq”) və Georgi Sudakovun (“Şaxtyor”) adı daxildir.
