Dünya futbolu

UEFA rusları dəli etdi: Nə edəcəklər?

Rusiyalı futbol mütəxəssisi İqor Şalimov UEFA-nın Rusiyanın gənclərdən ibarət komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verməmək qərarına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, belə vəziyyətdə Rusiya Futbol İttifaqını UEFA-nı tərk edib Asiyaya keçmək barədə düşünməli olduğunu söyləyib.

“Bu, orada tam xaos və təzyiq olduğunu göstərir. Artıq Avropaya qayıtmağın mənasını görmürəm. Asiyaya getmək üçün ciddi addımlar atmalıyıq”.

Xatırladaq ki, ötən ilin yazında FİFA və UEFA Rusiyanın Ukraynaya hücumçlarıyla bu ölkənin komandalarının bütün beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub. Bu ilin sentyabr ayının sonunda Rusiyanın gənclərdən ibarət komandalarının yarışlara qatılmasına icazə verilsə də, sonradan qərar ləğv edilib.