Transgender idmançıya bu icazə verildi
ABŞ Antidopinq Agentliyi (USADA) transgender qaçışçıya istifadəsi qadağan olunan testosteron qəbul etməyə və yarışmağa icazə verib.
Aut.az xəbər verir ki, 27 yaşlı Kal Kalamia 2019-cu ildən bəri qadından qeyri-binar transmaskulinliyə keçid zamanı testosterondan istifadə edir. O, testosteron qəbul etməsinə baxmayaraq, ABŞ Atletika Federasiyasının himayəsi altında keçirilən turnirlərdə iştirak etmək üçün Amerika Antidopinq Agentliyindən icazə alıb.
Təsdiq testosterondan istifadə etmək üçün tibbi səbəbi olan idmançılar terapevtik azadlığa müraciət etmək hüququna malik olduqları üçün verilib.
Kalamia qeyri-binar kateqoriyada yarışa biləcək.
