Ağır zədələndi, göz yaşlarını saxlaya bilmədi – FOTO
“Roma”nın ulduz futbolçusu Paulo Dibala “Kalyari” ilə oyunda aldığı zədədən sonra meydanı göz yaşları içində tərk edib.
Dibala 40-cı dəqiqədə əvəzlənib. Hücumçu Andrea Belotti ilə əvəzlənmədən əvvəl ağlayarkən kameralara tuş gəlib.
İtaliyanın “Football News” nəşrinin verdiyi məlumata görə, Argentina millisinin futbolçusu dizindən zədə alıb. Ötən mövsümü zədə ilə keçən 29 yaşlı futbolçu üçün bu, növbəti uğursuzluqdur.
“Roma”nın baş məşqçisi Joze Mourinyo dünya çempionatının qalibinin durumundan danışıb.
“Dibala ilə danışdım, o nikbin deyil, mən də… Test nəticələrini gözləməliyik”.

