“Borussiya”dan qələbə
Almaniya Bundesliqasında VII turun növbəti oyunları keçirilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı evdə “Maynts”la qarşılaşıb. Görüş bərabərliklə başa çatıb – 2:2.
Dortmund “Borussiya”sı azarkeşləri önündə “Yunion”u məğlub edib. “Leypsiq” isə “Bohum”la heç-heçəyə razılaşıb.
Almaniya Bundesliqası
VII tur
6 oktyabr
Borussiya Münhenqladbax – Maynts 2:2
Qollar: Noyhaus, 22, Skalli, 88 – Qruda, 24, Barkok, 75
7 oktyabr
Ştutqart – Volfsburq 3:1
Qollar: S.Girassi, 67, 78, 82 – Y.Gerhardt, 34
Leypsiq – Bohum 0:0
Borussiya Dortmund – Yunion 4:2
Qollar: N.Fulkruq, 7, N.Sklotterberq, 49, Y.Brandt, 54, Y.Ryerson, 71 – R.Qosens, 9, L.Bonuççi, 31 (pen.)
Auqsburq – Darmştadt 1:2
Qollar: E.Demiroviç, 86 – T.Stark, 52, T.Kempe, 70 (pen.)
Verder – Hoffenhaym 2:3
Qollar: R.Şmidt, 17, C.Steyc, 90+1 – M.Beyer, 8, Q.Promel, 29, M.Bulter, 90+2
8 oktyabr
17:30 Bayer – Köln
19:30 Bavariya – Frayburq
21:30 Ayntraxt Frankfurt – Haydenhaym
