FİFA-nın DÇ-2030-la bağlı qərarını tənqid etdi
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt DÇ-2030-un 6 ölkədə keçirilməsi ideyasına qarşı çıxıb.
“Mənim əsas problemim rəqabətin ədalətliliyini tam başa düşməməyimdir. Hamısını görməliyəm, amma mənim anlayışım odur ki, Cənubi Amerikada üç matç oynanılacaq, sonra həmin komandalar dünyanı gəzməli, yenidən saat qurşaqlarını dəyişməli olacaqlar.
Argentina ilə Buenos-Ayresdə oynamaqla Kasablankada oynamaq arasında böyük fərq var. Bu, rəqabətdə əhəmiyyətli dəyişiklikdir”, – Sautqeytin sözlərini “The Guardian” sitat gətirib.
Daha əvvəl məlumat verilmişdi ki, turnirin üç açılış matçı Cənubi Amerikada – Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. İspaniyada 11, Portuqaliyada üç, Mərakeşdə isə yalnız bir stadionda turnir keçiriləcək.
Aut.az
