DÇ-2030-da Ronaldo üçün ideal fantaziya – FOTO
2030-cu ildə Kriştiano Ronaldonun 45 yaşı olacaq və böyük ehtimalla futbolçu karyerasını bitirəcək.
Ronaldo 3 ildən sonra Dünya Çempionatında oynasa belə, bu, açıq-aydın portuqaliyalının karyerasında sonuncu turnir olacaq.
Ancaq yaş etibarı ilə atasından artıq bir çox cəhətdən üstün olan oğul Ronaldonun 2030-cu ildə 20 yaşı olacaq – Kriştianinyonun karyerası yüksək səviyyədə inkişaf etsə, Portuqaliya millisinin bir hissəsi olacaq.
Və həmin vaxt Kristiano Ronaldo oğlunun oynadığı Portuqaliya millisinin baş məşqçisidir. Maraqlı fantaziyadır, elə deyilmi? Portuqaliya mediası artıq bununla bağlı ön səhifələr üçün başlıqlar seçir.

Aut.az
