Cüdo

Azərbaycanlı cüdoçu dünya çempionu oldu

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.

Daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.