III MDB Oyunları: Nərmin Ağamirzəzadə qızıl medalını qazandı
Azərbaycan cüdoçuları III MDB Oyunlarında qazandıqları qızıl medalların sayını beşə çatdırıblar.
Aut.az xəbər verir ki, beşinci “qızıl”ı yığmanın aktivinə Nərmin Ağamirzəzadə (52 kq) yazdırıb.
Eyni çəkidı yarışan Aysun Məmmədova (52 kq) isə bürünc medalla kifayətlənib.
