Çempionlar Liqası

Bu uşaq ÇL-in də tarixinə düşdü

“Barselona”nın sağ cinah oyunçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsində “Porto” ilə matçda ilk dəqiqələrdən meydana çıxıb.

Aut.az xəbər verir ki, o, turnirin tarixinin start heyətində meydana çıxın ən gənc futbolçu olub.

“Opta Sports” xidmətinin məlumatına görə, Yamal 16 yaş 83 gündə meydançaya çıxıb Selestina Babayaronun 1994-cü ildəki rekordunu (16 yaş 86 gün) yeniləyib.

Yamal 15 yaş, 9 ay və 16 günlük yaşında “Barselona”da debüt etdi və komandanın heyətində rəsmi matçda debüt edən ən gənc oyunçu olub.

Cinah hücumçusu 10 oyuna çıxıb və iki məhsuldar ötürmə edib. Sentyabrda Yamal İspaniya millisində də debüt edib. Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı oyunda o, nəinki milli komandada oynayan ən gənc oyunçu (16 yaş 57 gün), həm də qol vuran ən gənc futbolçu olub.

Aut.az