Digər

Onun Ronaldoya nə ehtiyacı… – FOTO

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez yenidən diqqət mərkizinə düşüb.

Aut.az xəbər verir ki, argentinalı model sosial media hesablarında lüks brend “Vetements” və Venesiya Film Festivalı üçün paylaşım edib. Bu reklam əməkdaşlığı ona böyük vəsait qazandırıb.

Onun Ronaldoya nə ehtiyacı... - FOTO

Ronaldonun sevgilisi sentyabrın 5-də Venesiyada “Aenea” filminin qala gecəsində qırmızı xalçada iştirak edib. O, “Gözəl qadın” filmindəki Culiya Robertsin personajını yaradıb. Paylaşıma 2,2 milyondan çox bəyənmə gəlib. Bu səbəbdən “Vetements” ona 1,3 milyon dollar ödəniş etməli olub.

Onun Ronaldoya nə ehtiyacı... - FOTO

Rodrigesin bu ilin əvvəlində Kann Film Festivalından paylaşdığı posta 3 milyondan çox bəyənmə gəlib. Buna görə “L’Oreal” modelə 1,2 milyon dollar ödəniş edib.

Kriştiano Ronaldo sosial şəbəkələrin ən populyar şəxsləri siyahısında birincidir. Onun 607 milyon izləyicisi var. Krişin populyarlığı Rodrigesin izləyici sayına təsir edib. Məhz bunun sayəsində argentinalı modelin 52 milyona yaxın izləyicisi var.