Batlerin bu görkəmi hamını şoka saldı – VİDEO
ABŞ basketbolunda qalmaqal yaşanır.
Aut.az xəbər verir ki, ötən mövsüm NBA-nın finalçısı olan “Mayami Hits” klubunun aparıcı oyunçusu Cimmi Batler mətbuat konfransına son dərəcə ekstravaqant obrazda qatılıb. O, boyanmış dırnaqlar, pirsinqlər və qadın saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb.
Batlerin bu addımı azarkeşlər və basketbol ictimaiyyətinin müəyyən qismi tərəfindən tənqid edilib. Amma komanda yoldaşı Bam Adebayo onu dəstəklədiyini açıqlayıb. “Görünür hər birimizin öz emo mərhələsi olacaq. Ümid edirəm ki, mənimki 50 yaşda baş verməyəcək”, – deyə Adebayo bildirib.

