İspaniya

“Barsa” ondan qurtulmaq istəyir

 “Barselona” öz yetirməsi olan Ansu Fatini icarəyə verdiyi “Brayton”dan qayıdandan sonra ondan qurtulmağa çalışacaq.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi 20 yaşlı hücumçunun “Kamp Nou”da uğurlu karyera quracağına inanmadığından, ondan yaxşı pul qazana biləcəyi halda satmaq istəyir.

Bir neçə ingilis klubu Ansunu transfer etməkdə maraqlıdır, lakin onun fiziki inkişafını görmək istəyirlər, çünki hazırda o, Britaniya futbolu üçün çox zəifdir.

Bu mövsüm Fati artıq “Brayton”da 5 oyun keçirib və 1 qol vurub.

Aut.az