Avropa nəhəngləri onu hədəfə aldı
“Atletiko”nun əsas üzvlərindən biri olan müdafiəçi Xose Ximenez komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, uruqvaylı futbolçu Avropanın bir sıra aparıcı klublarının maraq dairəsinə düşüb. 28 yaşlı mərkəz müdafiəçisi “Arsenal”, “Barselona”, “Real”, “Mançester Yunayted”, və “Nyukasl” kimi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Ximenez “Atletiko”ya bağlı olsa da, komanda dəyişikliyini istisna etmir. “Hindular” da uruqvaylı yaxşı təklif müqavilində buraxmağa hazırdırlar. Ancaq bu, mövsümün sonunda baş verə bilər.
Qeyd edək ki, Xosenin Madrid klubuyla müqaviləsi 2025-ci ilə qədərdir. O, 16 yaşından – 2013-cü ildən La Liqa təmsilçisinin heyətində çıxış edir.
