Avropa Çempionatı

UEFA buna görə Xorvatiyanı cəzalandırdı

UEFA İntizam Komissiyasının apellyasiya komitəsi Latviya millisi ilə Avropa çempionatının  seçmə mərəhələsinin qrup oyununda (5:0) azarkeşlərin hərəkətinə görə Xorvatiya Futbol Assosiasiyasının cəzalandırılması barədə qərar qəbul edib.

Matçda azarkeşlər “Ustaşa” hərəkatının (Xorvatiya ifrat sağ millətçi təşkilatı) bayrağını nümayiş etdiriblər. Stadionun təhlükəsizlik işçiləri qaydanı pozanları həbs edib.

Sürətli qərarın verilməsi zərurəti ilə əlaqədar olaraq, UEFA İntizam Komissiyası bu proseduru UEFA İntizam Reqlamentinin 29-cu maddəsinə uyğun olaraq birbaşa UEFA-nın Apellyasiya Qurumuna həvalə etmişdi.

Apellyasiya orqanı qərara alıb ki, Xorvatiya Futbol Assosiasiyası 10 min avro cərimələnsin və UEFA turnirinin növbəti ev oyunu üçün stadionu (ən azı 1000 yerlik) qismən bağlayacaq.

Aut.az