Almaniya

Bu titulları qazanmasalar, ona görə 100 milyon verməyəcəklər

“Bavariya”nın prezidenti Herbert Hayner, Harri Keyn üçün “Tottenhem”ə hansı bonusları ödəyəcəklərini açıqlayıb.

“Növbəti bir neçə mövsüm ərzində bir sıra turnirlərdə qalib gəlməsək, Keyn bizə 100 milyon avroya başa gəlməyəcək. Bonuslar olmasa, məbləğ 100 milyondan az olacaq.

Harri çox diqqətlə işləyir və sağlamlıq və qidalanma kimi bütün detallara fikir verir. Əminik ki, o, hələ uzun illər bu səviyyədə oynaya biləcək.

Bizim böyük investorumuz və ya dövlət sponsorumuz yoxdur. Hər senti özümüz qazanırıq və heç bir borcumuz yoxdur. “Allians Arena”nın pulunu özümüz ödəmişik. Bu, bir tərəfdən bizi qürurlandırır. Digər tərəfdən, irəliləmək üçün bizə daxili güc verir.

Biz sübut etdik ki, bütün çətinliklərin öhdəsindən layiqincə gələ bilər və ən yüksək səviyyədə oynamağa bacararıq”, – deyə “Sky Sport” prezidentin sözlərindən sitat gətirir.

Aut.az