İspaniya

Deyir ki, “Çelsi” onu “Real”a verməklə səhv edib  

“Real”ın qapıçısı Tibo Kurtua bu yay “Çelsi”dən icarəyə götürülən Kepa Arrizabalaqa haqda danışıb.

Aut.az xəbər verir ki, Kepa, belçikalı qolkiperin çarpaz diz bağının qopması səbəbindən “Real”ın əsas qapıçısı olub. Kurtua “Kepanı icarəyə verməklə “Çelsi”nin səhv etdiyini bildirib.

“Məncə, “Çelsi” bu oğlanı verməklə səhv etdi. O, çox güclü qapıçıdır. Əlbəttə, o, hazırda dünyanın ən yaxşı 5 qapıçısından biridir”, – Kurtua “Defensa Central”a müsahibəsində deyib.

Aut.az