Zaqoev Yunanıstan klubunda
Rusiyalı yarımmüdafiəçi Alan Zaqoev karyerasını Yunanıstanda davam etdirəcək.
Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu “Lamia”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rusiyalı oyunçu ilə müqavilənin müddəti açıqlanmayıb.
Zaqoev ölkəsində “Rubin” və ÇSKA-da çıxış edib. O, Rusiya yığmasında 59 oyunda 9 qol vurub.
