Onu qovurlar, yerinə də…
“Flamenqo” baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Vene Kasaqrande məlumat verib.
Mənbənin sözlərinə görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sənədlər artıq klub rəhbərliyi tərəfindən hazırlanıb və imzalanmaq üçün təqdim edilib.
“Flamenqo” bütün rəsmiləşdirmələri cümə axşamı başa çatdırmağı planlaşdırır. Eyni zamanda, klubu kompensasiyanın məbləği narahat etmir. İdarə heyəti yeni məşqçinin namizədliyi ilə bağlı razılığa gələn kimi bütün məbləğ Sampaolinin hesabına köçürüləcək.
Qeyd olunur ki, hazırda Tite ilə danışıqlar aparılır.
Sampaoli 2023-cü ilin yazından “Flamenqo”da çalışır. Braziliya çempionatının 24 turundan sonra “Flamenqo” 40 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Aut.az
