AlmaniyaDünya futbolu

Məşhur alman ruslara niyə “bəli” deyib?

UEFA İcraiyyə Komitəsinin üzvü , “Bavariya”nın müşahidə şurasının üzvü, əfsanəvi alman futbolçu Karl-Haynts Rummenigge Rusiya millisinin aşağı yaş qruplarından ibarət komandalarının beynəlxalq turnirlərə buraxılmasına niyə səs verdiyini açıqlayıb.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 17 yaşadək Rusiya milli komandalarına yarışlarda iştirak etməyə icazə verib. Rusiya komandalarının bütün oyunları ölkə ərazisində deyil, bayraq, himn, milli oyun forması olmadan keçirilməlidir.

“Uşaqlar münaqişənin qurbanlarıdır. Onlar günahsızdırlar və köməyə ehtiyacları var, bu münaqişəyə görə heç bir məsuliyyət daşımırlar və bundan sonra cəzalandırılmamalıdırlar. Buna görə də onlara yenidən oyunda iştirak etmək üçün “bəli” dedim”, – Rummenigge deyib.

Aut.az