Avro-2024: İngiltərə və İtaliya turu bir xalla başa vurdu
Avro-2024-ün seçmə mərhələsində V tura yekun vurulub.
Aut.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan yığması növbəti görüşünə bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Belçika ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.
Qrupun digər görüşündə İsveç Estoniyanı darmadağın edib.
C qrupunda İngiltərə Ukrayna ilə heç-heçəyə razılaşıb.
Avro-2024, seçmə mərhələ
V tur
9 sentyabr
F qrupu
Azərbaycan – Belçika – 0:1
Estoniya – İsveç – 0:5
Xal durumu: Avstriya – 10, Belçika – 10, İsveç – 6, Estoniya – 1, Azərbaycan – 1.
İ qrupu
Andorra – Belarus – 0:0
Rumıniya – İsrail – 1:1
Kosovo – İsveçrə – 2:2
Xal durumu: İsveçrə – 11, Rumıniya – 9, İsrail – 8, Belarus – 4, Kosovo – 3, Andorra – 2
C qrupu
Ukrayna – İngiltərə – 1:1
Şimali Makedoniya – İtaliya – 1:1
Xal durumu: İngiltərə – 13, Ukrayna – 7, İtaliya – 4, Şimali Makedoniya – 4, Malta – 0
