Dünya futbolu

Ronaldo millinin oyunlarında iştirak edəcək?

Roberto Martinezin rəhbərlik etdiyi Portuqaliya millisinin məşqçilər korpusu Millətlər Liqasının noyabr ayında keçiriləcək oyunları üçün yığmaya çağırılan futbolçuların siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, “Arsenal”a məxsus olan “Latsio”nun müdafiəçisi Nuno Tavares ilk dəfə milliyə dəvət alıb. Çağırılanlar arasında millinin daimi kapitanı Kriştiano Ronaldo da var.

Noyabrın 15-də Portuqaliya evdə Polşa ilə, noyabrın 18-də isə Xorvatiya ilə səfərdə oynayacaq. Millətlər Liqasının dördlər finalına yüksəlmək üçün portuqallara 1 xal toplamaq kifayətdir.

Aut.az