İspaniya

“Barsa” bəyanat yaydı: Bu klubla bütün əlaqələri kəsdi

Sentyabrın 29-da “Sevilya” rəsmi bəyanat yayaraq, klubun rəsmi direktorlarının “Barselona” ilə La Liqanın 8-ci turunda keçirilən oyunda “Lluis Companys” stadionunda VIP lojada olmayacağını bildirib.

Əndəlus klubunun arqumentləri “Barsa”nın Neqreyra işinə görə  rüşvətxorluqda ittiham edilməsi olub.

“Barselona” buna cavab verib. Kataloniya klubu “Sevilya”nın açıqlamasını “əsassız və qanunsuz hücum” və “qəbuledilməz təhqir” adlandırıb.

“Qondarma “Neqreyra işi” bu cür hərəkətlərə bəraət qazandıra bilməz, çünki məhkəmə proseduru istintaqın çox erkən mərhələsindədir”, – mesajda deyilir.

“Barsa” öz bəyanatını klubun hazırkı mövqeyini düzəldənə qədər “Sevilya” ilə bütün əlaqələri kəsdiyini bəyan etməklə yekunlaşdırıb.

Aut.az