Dünya futbolu

Zidan bu təklifi geri çevirdi

“Marsel” baş məşqçi vəzifəsi üçün Zinədin Zidana təklif göndərib. 

Aut.az xəbər verir ki, Fransa təmsilçisi yeni baş məşqçi Cennaro Qattuzonun təyinatından öncə 51 yaşlı mütəxəssislə əlaqə saxlayıb. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Zidan klubun imkanlarından razı qalmadığı üçün təklifi geri çevirib. O, “Marsel” rəhbərliyinə gələcəkdə daha yaxşı şərtlər altında çalışa biləcəklərini bildirib.

Qeyd edək ki, Zidan məşqçi karyerası ərzində ancaq Madrid “Real”ında çalışıb. O, “qalaktikos”la La Liqanın (2 dəfə), İspaniya Super kubokunun (2 dəfə), UEFA Çempionlar Liqasının (3 dəfə), UEFA Super kubokunun (2 dəfə) və klublarası dünya çempionatının (2 dəfə) qalibi olub.