Dünya futbolu

2000-ci illərin ən yaxşı 10 futbolçusu

Nüfuzlu “FourFourTwo” jurnalı 2000-ci illərin ən yaxşı futbolçularının reytinqini tərtib edib.

Aut.az xəbər verir ki, siyahıda 50 futbolçu yer alıb. 2000-ci illərin ən yaxşı oyunçusu braziliyalı əfsanə Ronaldinyodur.

Fransalı Zinəddin Zidan ikinci sırada qərarlaşıb. İlk üçlüyü başqa bir braziliyalı – Kaka qapayıb.

İlk onluqda Teirri Anri; Kriştiano Ronaldo, Xavi Ernans,  Ronaldo Nazario, Andreas İnyesta, Zlatan İbrahimoviç və Lionel Messi qərarlaşıb.